Ağdamda insan sümükləri aşkarlanıb.
Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sümük fraqmentləri minatəmizləmə işləri zamanı tapılıb.
"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.