​Rusiyalı model Alina Larina beynəlxalq mükafatlandırma gecəsində seçilənlərdən oldu

Rusiyalı gənc model, müğənni və blogger Alina Larina öz ölkəsinin sərhədlərindən kənarda növbəti dəfə təltif edilib. Böyük Britaniya Miss Universe və Miss Russia gözəllik müsabiqələrinin finalisti olan gənc və istedadlı xanım öz işindən zövq alır və bu onun uğurlarına yansıyır.

Gələcəyə dair böyük ambisiyaları olan Alina Larina yeni hədəflərə doğru sürətlə irəliləyir.

Hazırda instaqram sosial şəbəkəsində 500 mindən çox izləyicisi olan gənc modelin növbəti hədəfi öz biznesini qurmaqdır. Tezliklə xanım Larina böyük kütləyə şəxsi geyim brendi və gözəllik salonunun təqdimatını edəcəkdir.

Qeyd etdiyimiz kimi Alina Larina, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Model of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR