AzTV-nin tanınmış aparıcısının son durumu ilə bağlı AÇIQLAMA

Onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Dövlət Televiziyasının (AzTV) xəbər aparıcısı Natəvan Babayeva xəstəxanaya yerləşdirilib.

Metbuat.az "Teleqraf.com"a istinadən bildirir ki, bu barədə aparıcının qardaşı məlumat verib:

“Bu gün səhər saatlarından Milli Onkologiya Mərkəzindədir. Səhhəti normaldır”.

Qeyd edək ki, Natəvan Babayevanın Türkiyəyə gedərkən səhhəti hava limanında pisləşmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı