Gömrükdə saxlanılan məhsul üçün niyə 82 manat tələb edilib? - AÇIQLAMA

Tanınmış vəkil Aqil Layıc Türkiyədən məhsul sifariş etdiyini və məhsulun əssasız yerə gömrükdə saxlandığını iddia edib.

Metbuat.az xəbər verir ki, vəkil feysbuk hesabında bildirib ki, "Trendyol"dan "Smaart Customs" vasitəsi ilə aldığı "T-Shirt" Gömrük Komitəsinin Hava Limanında olan terminalında 38 gün saxlanılıb:

"Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik (92 manat) T-shirt sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq smart custom vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmamışdır. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardadır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim bura, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal smart custom mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlər ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır. Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti. İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər".

Məsələ ilə bağlı Gömrük Komitəsi açıqlama yayıb. Qeyd edilib ki, müvafiq şikayət araşdırılıb:

"Məlum olub ki, aparılan araşdırma zamanı məlum olub ki, vətənd tərəfindən xaricdən 3 məhsul sifariş edilərək gömrük ödənişləri ödənməklə onlar bir bağlamada “Smart customs” tətbiqi vasitəsilə gömrük orqanlarına bəyan edilib. Cari ilin iyun ayında sifariş olunan məhsullardan ikisi bir bağlamada ölkə ərazisinə daxil olmuş və gömrük nəzarətindən keçirilərək daşıyıcı şirkət tərəfindən götürülüb. İnvoys dəyəri 1469 tl təşkil edən və ölkəyə daha gec tarixdə gələn digər bağlama isə vətəndaş tərəfindən gömrük orqanına dəyəri 1 tl olmaqla bəyan edilmişdir.

Bu səbəbdən invoys dəyəri 1469 tl təşkil edən bağlamanın gömrük orqanına 1 tl dəyərində bəyan olunması sistemdə uyğunsuzluq yaratmış və müvafiq araşdırılma aparılması üçün bağlama cari il iyunun 9-da saxlanılmış, daşıyıcı şirkətə və vətəndaşa bu barədə “Smart customs” tətbiqi üzərindən bildiriş göndərilmişdir. 41 gün sonra vətəndaş gömrük orqanına müraciət etmiş, bağlamanın gömrük orqanına yanlış məlumat vermə, yəni səhv bəyan etmə səbəbindən saxlanıldığına dair müvafiq izahat işləri aparılaraq buraxılışı təmin olunmuşdur.

Beləliklə, vətəndaş Aqil Layıcın sosial şəbəkədə qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş verib. Bununla əlaqədar gömrük orqanlarına aid olmayan saxlanca görə isə ödəniş yaranıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı