22 laçınlı ailə evlərinin açarlarını təhvil aldı - FOTO

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 22 ailə öz evlərinin açarlarını təhvil alıblar.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhərinə doğma sakinlərinin geri dönüşü davam edir. Növbəti köç karvanı ilə 22 ailə Laçına çatıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində 133 ailə, yəni 503 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı