İranın dini lideri Əli Xamenei son günlər dünyada Quranın yandırılmasına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, İranın dini lideri Əli Xamenei deyib ki, Quranı təhqir edənlər müsəlman ölkələrinə təhvil verilməlidir.
“İsveç hökuməti Quranı yandıran günahkarları islam dövlətlərinin hüquq-mühafizə orqanlarına təhvil verməlidir”, - o bildirib.