Şirvandakı partlayışda xəsarət alan qadından XƏBƏR VAR

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində bir nəfərin həlak olduğu, daha bir şəxsin isə yanıq xəsarətləri aldığı ilə bağlı məlumat vermişdik.

Metbuat.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 1978-ci il təvəllüdlü (cinsi qadın olmaqla) vətəndaş yerləşdirilib. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Partlayış nəticəsində bir nəfər də dünyasın dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı