FİFA “The Best” mərasimində ilin ən yaxşı oyunçusu mükafatını qazanan "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, mükafat aldığına görə məmnun olduğunu deyən futbolçu “Qızıl top” mükafatı zamanı ona səs verməyənlərə də ismarıc verib. Vinisius Junior bildirib ki, ikinci olması onun yaxşı futbolçu olduğunu dəyişməyəcək. Vinisius, “Hər zaman çox çalışmışam və səy göstərmişəm. Mənə səs verməyən insanlar mənim hisslərimi və komanda yoldaşlarımın dediklərini dəyişməyəcək" - deyə bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatını “Mançester Siti”inin futbolçusu Rodri qazanmışdı. Bəzi dairələr isə bu mükafata Vinisius Juniorun layiq olduğunu irəli sürmüşdü.