Şoyqu Şimali Koreyaya səfər edir

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Koreyaya rəsmi səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, Şoyqunun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Şimali Koreya Müdafiə Nazirliyinin dəvəti ilə iyulun 25-27-də bu ölkəyə səfər edəcək. Rusiya nümayəndə heyəti Koreya xalqının 1950-ci il Müstəqillik Müharibəsində qələbəsinin 70-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək.

"Bu səfər Rusiya-Şimali Koreya hərbi əlaqələrinin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm addım olacaq", - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı