Mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın üzvləri artırıldı

Kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın üzvü olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini də Komissiyanın üzvləri sırasında yer alacaq.

Komissiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini əvəzləyəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı