AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa çağırırıq - İcma

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır.

Metbuat.az xəbər verir ki, bu barədə İcmanın məlumatında bildirilib.

    “Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Ermənistanın fitnəsi ilə həmin ünsürlər Ağdam-Xankəndi yolunu beton bloklar ilə döşəyərək bağlayıb. Həmin qüvvələr bunu nümayişkaranə şəkildə edib, yolun bağlanması aktının videogörüntülərini yayıb və həmin yoldan sadə insanların təchizatı üçün istifadəsinə imkan verməyəcəkləri barədə bəyanat veriblər.
    Bu baxımdan T.Koksun qeyd etdiyi faktaraşdırıcı missiya Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycana deyil, qərbi azərbaycanlıları Ermənistandan qovmuş, onların qayıdış hüququnu inkar edən Ermənistana göndərilməlidir.

    T.Koksa xatırladırıq ki, AŞPA-nın Ermənistan üzrə həm-məruzəçiləri Qərbi Azərbaycan İcmasının 1 mart 2023-cü il tarixdə onlara ünvanladığı məktuba hələ də cavab verməmişlər. Sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcması T.Koksu insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Ermənistanla dialoq təklifimizə və Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışa ictimai dəstək verməyə çağırır” - açıqlamada deyilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR