Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır, atəşkəs rejimini pozmayın.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", - o qeyd edib.