Azərbaycan-İsrail birgə komissiyanın tərkibində dəyişiklik edildi - SƏRƏNCAM

Azərbaycan-İsrail birgə komissiyanın tərkibində dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı