Məzuniyyətə gələn hərbçi göldə boğuldu

Ağsu rayonunun “Cavanşir” su anbarında 1 nəfər batıb.

Metbuat.az xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlum olub ki, vəfat edən şəxs - Qənbər Əliyev müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. O, rayona məzuniyyətə gəlibmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı