Quru sərhədlər nə vaxt açılacaq? - AÇIQLAMA

Hazırda ölkədə vətəndaşların böyük əksəriyyətini maraqlandıran mövzulardan biri də quru sərhədlərinin hələ də açılmamasıdır.

Qeyd edək ki, quru sərhədlərinin bağlanması pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərdən biri idi. Baxmayaraq ki, karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər artıq aradan qaldırılıb, lakin hələ də sərhədlərin açılması, gediş-gəlişin tam şəkildə bərpa olunması əsas problemlərdən biri kimi qalır.

Metbuat.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması mövzusu hələ də öz aktuallığını qoruyur və bununla bağlı yeniliklər yaxın zamanda gözlənilmir:

“Sərhədlərin açılması mövzusu, xüsusilə, növbəti sentyabr ayından başlayaraq təhsil almağa gedən tələbələri, müalicə almaq üçün xaricə üz tutan xəstələri ciddi şəkildə narahat edir. Turistik səfərləri müəyyən qədər başa düşmək olar. Amma bu kateqoriyadan olan insanlar üçün mütləq bir həll yolu düşünülməlidir. Quru sərhədlər açılmalıdır. Çünki bu məsələ ciddi şəkildə insan taleyinə təsir edən, onların problem yaşamasına gətirib çıxaran bir haldır və bunun qarşısını da biz hansısa formada almalıyıq. Mütləq şəkildə sərhədlərin açılması bu kateqoriyadan olan insanlar üçün təmin etməliyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı