Arda "Real"la bağlı qərarını açıqladı

“Real Madrid”in futbolçusu Arda Güler transfer iddiaları ilə bağlı İspaniya mediasına açıqlama verib.

Metbuat.az xəbər verir ki, o “Real”da qalmaq istədiyini ifadə edib. Jurnalistin “Madriddə xoşbəxtsinizmi?" sualına Arda, “Real”ın ona verdiyi layihəyə güvəndiyini ifadə edib. Arda “Real”da uğur qazanacağına əminliyini qeyd edib. Futbolçu, ““Real Madrid” azarkeşlərini sevirəm və onların dəstəyi mənim üçün çox dəyərlidir, onlara minnətdaram. Mən “Real Madrid”də oynamaq üçün gəldim və bu komandanın mühüm bir hissəsi olana qədər çalışmağa davam edəcəm” deyə bildirib.

Qeyd edək ki, Arda Gülerin “İnter” klubuna transfer olacağı barədə iddialar dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı