Premyer Liqa tarixinin ən yaxşı oyunçusu bəlli oldu

Fransa yığmasının sabiq oyunçusu Tyerri Anri İngiltərə Premyer Liqa tarixinin ən yaxşı futbolçusu seçilib.

Metbuat.az xəbər verir ki, “FourFourTwo”nun yeni reytinq siyahısında keçmiş “Arsenal”lı hamını geridə qoyub. Məşhur portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu 2-ci, ingilis Ueyn Runi 3-cü yerdədir.

İlk onluqda müfaviq olaraq Alan Şirer, Məhəmməd Salah, Kevin de Bruyne, Erik Kantona, Harri Keyn, Roy Kin və Frenk Lempard da yer alıb.

Siyahıya Premyer Liqada çıxış etmiş 100 futbolçu daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı