Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, bu gün "Səbail" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Gəncə təmsilçisi 23 xalla doqquzuncu, Bakı klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Tur saat 18:00-da başlayacaq "Zirə" - "Şamaxı" görüşü ilə başa çatacaq.