"Zirə" - "Neftçi" matçında 6 qol vuruldu

Misli Premyer Liqasının XXX turunun son matçında “Zirə” səfərdə “Neftçi”ni məğlub edib.

.Metbuat.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra "Zirə" 58 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Altıncı olan “Neftçi”nin isə 35 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (2:1) məğlub edib. “Kəpəz” - “Araz-Naxçıvan” görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı