Qəbələ-Xankəndi ultramarafonuna yekun vuruldu

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub.

Metbuat.az xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələ Xankəndidə başa çatıb. Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər. Son mərhələnin qalibi kişilər arasında türkiyəli Ömər Alkanoğlu, olub. Onun həmyerlisi Üzeyir Söyləməz və gürcüstanlı Giorgi Lomidze müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutublar.

Qadınların mübarizəsində isə türkiyəli Hasibə Dəmir bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Ukraynalı Olena Şevçenko 2-ci, Azərbaycan təmsilçisi Leyla Abdinova 3-cü olub.

Dörd mərhələnin nəticəsinə əsasən, Üzeyir Söyləməz və Olena Şevçenko yarışın baş mükafatına (4000 manat) layiq görülüblər. İkinci yeri tutan Ömər Alkanoğlu və Hasibə Dəmir 3000, üçüncü olan Giorgi Lomidze və rusiyalı Mariya Kalpakova 2000 manata sahib çıxıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub. İştirakçılar Qəbələdən Ağdaşa 55, Ağdaşdan Bərdəyə 65, Bərdədən Ağdama 44, nəhayət Ağdamdan Xankəndiyə 28 kilometr qaçıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı