Azərbaycan güləşçisi: "Uğurumu hərbçilərimizə həsr edirəm"

Avropa çempionatında üçüncü yeri tutsam da bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal əldə etməsinə münasibətini bildirərkən deyib.

“Medal uğrunda görüş ağır keçdi. Çempionluğu qazanmasam da, üçüncü yeri tutdum. Uzun fasilədən sonra nəticə vermək arzusunda idim. Üçüncü yeri tutsam da bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı