Uludağda hotel yandı - Ölən var

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alanlar olub.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib ki, yanğında bir nəfər ölüb.

Hazırda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı