Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama görüşündə məğlub olub.
Metbuat.az xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.