“Mançester Siti” klubunun qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” qolkiperi heyətinə qatmaq niyyətindədir. Edersonunun Səudiyyə Ərəbistanı klublarından da təkliflər aldığı iddia edilir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ildə yekunlaşır.
Qeyd edək ki, Edersonun transfer dəyəri 25 milyon avrodur. Qapıçı Premyer Liqanın cari mövsümündə meydana çıxdığı 19 oyunda 23 qol buraxıb.