Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.
Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.
Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk".
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Sizə cansağlığı və səadət diləyirəm.
Uca Allahdan bu mübarək bayramın hamınıza xeyir və bərəkət gətirməsini arzu edirəm. Həqiqətən O, duaları eşidən və qəbul edəndir.
Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.