Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Daşkəsən rayon sakini A.Abbaslıya əl nahiyyəsindən kəsici-deşici alətlə xəsarət yetirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 28 yaşlı Şahin Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.