Lənkəranda yük maşını aşdı - FOTO

Lənkəran rayonunun Girdəni kəndi ərazisində qəza baş verib.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, qəza nəticəsində "Isuzu" markalı yük avtomobili yoldan çıxaraq aşıb. Avtomobilin rayonda məhsul daşıyan firmaların birinə məxsus olduğu deyilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Zaur Əliyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı