ABŞ birjaları çökür - Trampın siyasəti zərər verdi

ABŞ Prezidenti Donald Trampın vergi siyasətindən sonra ölkə birjalarında gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, satış təzyiqinin dərinləşməsi ilə Nyu-York Birjası həftənin ilk ticarət gününə kəskin enişlə başlayıb. Açılışda “Dow Jones” indeksi 1000 bənddən çox itirərək 2,86 faiz azalaraq 37217,28 bənd olub. “S&P 500” indeksi 3,51 faiz azalaraq 4895,90 bənd, “Nasdaq” indeksi isə 3,91 faiz azalaraq 14978,91 bənd olub.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və baza tarif dərəcəsinin 10 faiz olacağını açıqlamışdı. ABŞ Maliyyə Naziri Scott Bessent ölkələri tariflərə cavab verməməyə çağırmışdı. O bildirib ki, cavab tədbiri olmasa, daha yüksək tarif dərəcələri tətbiq edilməyəcək, əks halda dərəcələr qalxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı