Astroloqların proqnozlarına görə, bəzi bürclər sevgi münasibətlərində daha çox çətinliklə üzləşirlər.
Metbuat.az xəbər verir ki, həssaslıq, həddindən artıq fədakarlıq və yanlış seçimlər onların münasibətlərinə mənfi təsir göstərə bilər.
Qız bürcləri sevdikləri insana qarşı səmimi və dərin hisslər bəsləyirlər. Məyusluq yaşadıqdan sonra yenidən kiməsə etibar etmək onlar üçün çətin olur. Doğru insanı tapana qədər yanlış seçimlərlə qarşılaşmaları sevgi həyatlarını yorucu edə bilər.
Oğlaqlar münasibətlərə ciddi yanaşır və sevgidə sabitliyə üstünlük verirlər. Onların qarşılaşdıqları çətinliklər bəzən doğru insanla yanlış zamanda tanış olmaları ilə əlaqələndirilir. Astrologiyaya görə, Oğlaqların sevgi həyatında 30 yaşdan sonra daha uğurlu dövr başlaya bilər.
Balıqlar romantik təbiətləri səbəbindən sevdikləri insanın qüsurlarını görməzdən gələ bilirlər. Həddindən artıq fədakarlıq etmələri bəzən qarşı tərəfin onların yaxşı niyyətindən sui-istifadə etməsinə şərait yaradır. Emosional yanaşmaları səbəbindən münasibətlərində tez-tez məyusluq yaşaya bilərlər.