Türkiyədə Ədliyyə naziri Akın Gürlek ilə müxalif YENİ Partiyanın sədri Özgür Özel arasında əmlak məsələləri ilə bağlı açılan qarşılıqlı təzminat iddiaları üzrə qərar verilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun 3-cü Əsas Mülki Məhkəməsi Özgür Özelin Akın Gürlekə 750 min Türkiyə lirəsi mənəvi təzminat ödəməsinə qərar verib. Özelin qarşılıqlı iddiası isə təmin edilməyib.

Məhkəmədə işə ikinci dəfə baxılıb. Mübahisə Özelin Gürlekə məxsus olduğu iddia edilən 16 daşınmaz əmlakla bağlı açıqlamalarından sonra yaranıb.

Gürlek martın 17-si və 24-də səsləndirilən fikirlərin şəxsi hüquqlarını pozduğunu əsas gətirərək 1 milyon lirə mənəvi təzminat tələb edib. O, iddiaların həqiqəti əks etdirmədiyini və ictimaiyyətdə özü haqqında mənfi rəy formalaşdırmağa yönəldiyini bildirib.

Özgür Özel isə Gürlekə qarşı 1 milyon 100 min lirə təzminat tələbi ilə qarşılıqlı iddia qaldırıb.

Məhkəmə Gürlekin iddiasını qismən təmin edib və Özelin 17 mart 2026-cı il tarixindən hesablanacaq qanuni faizlə birlikdə 750 min lirə təzminat ödəməsinə hökm verib.

Qeyd edək ki, qərardan sonra Özelin vəkili iş üzrə araşdırmanın natamam aparıldığını bildirərək qərardan yuxarı instansiyalara şikayət edəcəklərini açıqlayıb.