Avropa Rusiya ilə birbaşa müharibə etmək istəyir.
Metbuat.az xəbər verir ki, Rusiyanın ideoloqu Aleksandr Duqin belə açıqlama verib. O bildirib ki, Avropa bu arzusunu ifadə edərkən özünü məhvə aparır. Rus xalqının Napoleonu və Hitleri məğlub etdiyinə diqqət çəkən Duqinin sözlərinə görə, tamamilə dağılmış və mühacirlərlə dolu hazırkı Avropa Birliyi ilə müharibə çox davam edə bilməz.
Duqin, "Amerikalılar artıq bizimlə döyüşmək istəmirlər, lakin onlar Avropa İttifaqına bunu davam etdirmək imkanı verirlər. Avropa indi intihara meyilli addım atır, bizimlə birbaşa mübarizə aparmaq istəyir. Bu, Ukraynadakı münaqişədən daha dağıdıcı müharibə olacaq", - deyə bildirib.