Zukerberq Ağ evin yaxınlığında malikanə aldı

Meta şirkətinin rəhbəri, məşhur iş adamı Mark Zukerberqin Ağ evin yaxınlığında malikanə aldığı məlum olub.

Metbuat.az xəbər verir ki, Zukerberq Ağ evdə işlədiyi üçün yeni malikanədə qalacaq. “New York Post” qəzetinin adı açıqlanmayan Meta işçisinə əsaslanaraq verdiyi xəbərə görə, malikanə Ağ evdən 15 dəqiqəlik məsafədə yerləşir. Ev həmçinin vitse-prezident Ceyms Vansın rəsmi iqamətgahının yaxınlığındadır. 15400 kvadratmetrlik malikanə ABŞ-nin “Politico” jurnalında Vaşinqton tarixində satılan üçüncü ən bahalı ev kimi təsvir edilib.

Qeyd edək ki, Prezident Donald Trampın andiçmə mərasimində iştirak edən iş adamları arasında olan Amazon qurucusu Ceff Bezos da daxil olmaqla bir çox milyarderin Vaşinqtonda milyon dollarlıq evlərə sahib olduğu irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı