Bakıda əməkhaqları ARTDI

Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,5 manat olub.

Bu barədə Metbuat.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 % artaraq 916,8 manata çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı