Laçında daha 100-dək ailənin məşğulluğuna dəstək işlərinə başlanıb

Böyük Qayıdış proqramı üzrə Laçın şəhərinə köçürülən sakinlərin məşğulluq imkanlarının müəyyənləşdirilərək müvafiq dəstək göstərilməsi işləri davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən ailələrdən daha 100-dək ailə ilə görüşüblər. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb.

Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək, bu proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb.

Ümumilikdə Agentliyin nümayəndələri Laçına köçürülmüş ailələrdən artıq 150-dək ailə ilə görüşərək məşğulluq imkanlarının qiymətləndirməsini aparıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı