"Ermənistan Qərb mediasında beynəlxalq ictimaiyyəti aldadır" - ŞƏRH

Son günlərdə erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirməkdə davam edir. Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayını artıran Ermənistan onunla həmfikir olanların ölkələrində Azərbaycan əleyhinə mənfi ictimai rəy formalaşdırmasına cəhd edir.

Vəziyyəti şərh edən politoloq İlyas Hüseynov Metbuat.az-a bildirdi ki, separatçıların başçısının regionda maraqları olan bütün qüvvələrə müraciətindən sonra bu proses daha da dərinləşib.

“Biz Ermənistanın bir müddətdir media müstəvisində, informasiya müharibəsi kontekstində də bu cür həmlələr etdiyini müşahidə edirik. Azərbaycanın yeganə çıxış yolu bu təbliğatı ifşa etməkdən ibarət olmalıdır. Prezidentin köməkçisi Hikmət Hacıyev ölkəmizə qarşı qərəzli qətnamələrə, açıqlamalara Tvitter səhifəsindən cavab verir. Lakin düşünürəm ki, bura korpus səfərbər olmalıdır. Azərbaycan həqiqətləri bütün avropalı siyasətçilərin, Qərb siyasətçilərinin diqqətinə çatdırılmalıdır. Müxtəlif media müstəvisində gedən yazılara görə, media üzrə məsul qurumlara müraciətlər ünvanlanmalı eyni zamanda həmin redaksiyalara da reallığın nədən ibarət olması haqqında geniş məlumatlar, açıqlamalar göndərilməlidir”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov hesab edir ki, erməni təbliğat maşınının yalan məlumatlarına qarşı, Azərbaycanın xaricdə nümayəndəlikləri, səfirlik və konsulluqları geniş ictimaiyyət arasına çıxaraq mediada müsahibələr verməlidirlər.

“Azərbaycan regionda blokada həyata keçirmir, ölkəmiz şəffaf, açıq, ardıcıl keçidi təmin edir və başqa bir dövlətin ərazisindən Azərbaycana humanitar yüklər daşına bilməz. Azərbaycan burada alternativ marşrut təqdim edir. Burada birbaşa olaraq Azərbaycanın Konstitusiyası, qanunvericiliyi, yurisdiksiyası çərçivəsində, insanların bütün lazımı qayğı ilə ehtiyaclarının ödənilməsi ilə icra olunur. Amma Ermənistan dünya ictimaiyyətinə bunu tamamilə səhv məcrada təqdim edir. Təəssüflər olsun ki, buna aldanan media qurumları, rəsmilər parlamentarilər ölkəmizə qarşı əks - təbliğata cəhd edirlər.Əgər biz gözləmə mövqeyində olsaq, bu məsələyə susqun yanaşsaq, bizim üçün acı nəticələrə səbəb ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev “Euronews”a müsahibəsində də bildirdi ki, Qərb mediasında dezinformasiyalar, feyk məlumatlar geniş vüsət alır. Ölkə Başçısı Şuşada keçirilən Qlobal Media Forumunda da buna oxşar fikirlər bildirilmişdi. Ona görə də Azərbaycan bütün mümkün vasitələrlə erməni təbliğatını ifşa etməli və regiondakı həqiqi reallıqları geniş auditoriyanın diqqətinə çatdırmalıdır”,- deyə İlyas Hüseynov qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı