Sumqayıtda restoranda yanğın olub

Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 m² və 20 m² olan taxta konstruksiyalardan ibarət 2 ədəd kotec yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 m² olan kotecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 m² olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kotec və tikilinin qalan hissəsi, ərazidə olan digər koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR