"Qalatasaray"ın transfer etmək istədiyi ulduz futbolçu məlum olub.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Mançester Yunayted"in hücumçusu Markus Raşfordu heyətə cəlb etmək istəyir. “TGRT”nin məlumatına görə, "Mançester Yunayted"də əsas heyətdə yerini itirən futbolçu klubdan ayrıla bilər. "Qalatasaray" İngiltərə klubu ilə məhsuldar danışıqlar aparır. İddialara görə, tərəflər artıq razılığa gəlib. Tərəflər son detallar üzərində danışıqları davam etdirir. Markus Raşfordun icarə əsasında "Qalatasaray"a keçəcəyi bildirilir. Transfer mövsümün fasiləsində reallaşa bilər. Məlumata görə, "Mançester Yunayted" futbolçunu Premyer Liqadan olan komandaya vermək istəmir.
Markus Raşford bu mövsüm 32 matçda 5 məhsuldar ötürmə və 17 qola imza atıb. Onun transfer dəyəri 50 milyon avrodur.