​"Barselona" istədiyi futbolçu ilə razılıq əldə etdi

"Barselona" müdafiə xəttinə yeni transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Barselona” "Fiorentina"nın müdafiəçisi Dodonun xidmətində maraqlıdır. Bildirilir ki, tərəflər arasında danışıqlar başlayıb. Müzakirələr məhsuldar alınıb. Məlumata görə, braziliyalı müdafiəçi özü də “Barselona”da futbol oynamaq istəyir.

Qeyd edək ki, "Fiorentina" Dodonu 3 il əvvəl Ukraynanın "Şaxtyor Donetsk" klubundan 15 milyon avroya transfer edilib. Maddi çətinliklərə görə “Barselona” transferlərə yüksək məbləğlər ayırmaq istəmir. Bildirilir ki, Dodonun transfer məbləği “Barselona”nı qane edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı