"Benfika"da çıxış edən Kerem Aktürkoğlunun transferi ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Arsenal” klubu türk futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, "Arsenal" nümayəndələri klubun "Porto"da icarə əsasında çıxış edən futbolçusu Fabio Vieyranı izləmək üçün "Benfika" ilə matça gediblər. “Benfika”nın 4-1 hesablı qələbəsi ilə yekunlaşan oyunda Kerem Aktürkoğlunun uğurlu oyunu “Arsenal” tərəfininin marağına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl “Arsenal”ın Arda Güleri də transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. “Arsenal”ın Arda üçün 30 milyon avro təklif etdiyi irəli sürülüb.