"Qalatasaray" klubunda icarə əsasında çıxış edən Alvaro Morata klubdan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, "Xetafe" klubu futbolçunun xidmətində maraqlıdır. "Fichajes"də dərc edilən xəbərə görə, futbolçu özü "Qalatasaray"da oynamaq istəmir.
Qeyd edək ki, Alvaro Morata mövsümün fasiləsində icarə əsasında "Milan"dan "Qalatasaray"a transfer olub. Morata "Qalatasaray"da 8 oyunda 3 dəfə fərqlənib. "Milan"la 2028-ci ilə müqaviləsi olan Moratanın transfer dəyərinin 13 milyon avro olduğu bildirilir.