Bakının havasında tozun miqdarı niyə normadan yüksəkdir? - AÇIQLANDI

Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən, əgər ayın 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı 2.5 dəfə normanı aşıb:

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. (İran ərazisində müşahidə olunan toz fırtınasının nəticəsi)

Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhət olunardı, çünki belə hava xüsusi ilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər.

Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR