Bakının bu ərazisində böyük park salınır

Bakının Yasamal rayonunda yeni park salınır.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 5 hektarlıq köhnə ərazidə ağaclıq ərazi abadlaşdırılır, park salınır. Ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.

Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir.

"Təsdiq olunmuş layihəyə əsasən, sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz", - deyə məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı