İstanbulda zəlzələ baş verərsə, Azərbaycana təsiri ola bilər?

Seysmik təhlükəlilik baxımından dünyanın ən riskli 10 şəhərləri sırasında olan İstanbulda zəlzələ təhlükəsi var.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, bu cür aktiv bölgədə, zəlzələ təhlükəsi mütləq var.

“İstanbulda zəlzələ baş verərsə, bunun Azərbaycana təsiri olacaqmı?. Həmin təkanlar Cənubi Qafqazdakı zəlzələ ocaqlarını oyada bilərmi?”

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru onu da bildirdi ki, Azərbaycan tamamilə başqa qırılma zonasında yerləşdiyinə görə, qonşu dövlətlərdə baş verən zəlzələlərin bura təsiri yoxdur.

Qurban Yetirmişli onu da bildirdi ki, əhali arasında maarifləndirmə işləri genişləndirilməlidir. İnsanlar bilməlidir ki, hiss olunabiləcək istənilən təkanda panikaya yol vermək olmaz.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR