Generalın oğlu rəisə köməkçi təyin edilibmiş - RƏSMİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəisin müşaviri vəzifəsi yoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə modern.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, müşavir vəzifəsinə yox, rəisin köməkçisi vəzifəsinə təyin olunub:

"Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub".

11:34

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.

Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı