Bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Metbuat.az-a Xidmətdən bildirilib.

    Yağıntının miqdarı: Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.

    Havanın temperaturu: Avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub. maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı