Bu tarixədək 140 min insan Bakını tərk edəcək

“Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zəngəzurda ilk məskunlaşma qeydə alınıb. Bu, ilin sonuna kimi davam edəcək. İlin sonuna kimi 2 min ailənin Qarabağ və Şərqi Zəngəzaurda məskunlaşması gözlənilir”.

Metbuat.az "Baku.ws"ə istinadən bildirir ki, bu barədə millət vəkili Vüqar Bayramov danışıb. Onun sözlərinə görə, işğaldan azad edilmiş digər bölgələrimizə qayıdan şəxslər Bakıda yaşayan vətəndaşlardır:

“Bu vətəndaşların böyük bir qismi Bakı və Sumqayıtda qeydiyyatdadır. Sözsüz ki, həmin vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması, Bakı sakinlərin sayına təsir göstərəcək. Azalmalar olacaq və 2026-cı ilədək təxminən 140 min vətəndaş öz doğma torpaqlarına qayıdacaq. Bu da Bakı sakinlərinin sayına təsir göstərəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı