Humanitar yük avtomobillərinin seriya nömrəsi diqqət çəkdi - FOTO

Xəbər verdiyimiz kimi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı Ağdam-Xankəndi yoluna çatıb.

Metbuat.az xəbər verir ki, avtomobillərin içərisində 40 ton un məmulatları var. Erməni mediası həmçinin isə avtomobillərin seriya nömrəsinə diqqət çəkib.

Bildirilib ki, avtomobillərin seriya nömrələrinin 44 seçilməsi təsadüfi deyil. Ermənilər iddia ediblər ki, Azərbaycanı humanitar yardım göndərdikləri yük avtomobillərinin seriyası "44"-dür və bu müharibədəki qələbəni simvolizə edir.

Qeyd edək ki, 44 seriya nömrəsi Masallı rayonuna aiddir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı