Bakıda kirayə evlər bahalaşıb - QİYMƏTLƏR

Bakının bəlli rayonlarında avqust-sentyabr aylarında kirayə mənzillərin qiyməti bahalaşıb.

Metbuat.az "Baku.ws"ə istinadən bildirir ki, bahalaşma əsasən tələbə axını əlaqəlidir və 20-30 faiz civarındadır.

Hazırda universitetlərə yaxın rayonlar üzrə qiymətlər belədir: Yasamal rayonunda 2-3 otaqlı və əşyalarla birgə kirayə evlər 400-650 manat arasında dəyişir. Bu evləri bir neçə tələbə kirayə götürərkən onlara qiymət 100-200 manat arasında başa gəlir. Nərimanov rayonunda isə 2-3 otaqlı evlərin qiyməti 550-750 manat arasında dəyişir. Bakıdan kənarda isə kirayə evləri 2 dəfə ucuz qiymətə tapmaq mümkündür.

Qeyd edək ki, ötən illə müqayisədə kirayə evlərin qiymətində 50-100 manat bahalaşama qeydə alınır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı