Azad edilmiş ərazilərdə ötən ay 1992 mina aşkarlanıb

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən ay ərzində (1-31 avqust ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən ay ərzində minatəmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

Əməliyyatlar zamanı 972 ədəd piyada və 1020 ədəd tank əleyhinə mina, 1121 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Aparılan minatəmizləmə əməliyyatları zamanı 5 264, 14 4 ha ərazi yoxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR