TikTok-da orduya aid görüntü yayanlar həbs edilməlidir - Eskpert

"Vətəndaşların sosial şəbəkədə yaydıqları görüntülər ordunun fəaliyyətinə maneə yaradır".

Bunu Metbuat.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan auditoriyasında ordumuzun hərəkətlərini əks etdirən bəzi görüntüləri sosial şəbəkələrdə, xüsusilə "TikTok"da paylaşırlar:

"Bu görüntülərin bəziləri ordunun əvvəlki təlimləri ilə bağlıdır. Buna baxmayaraq vətəndaşlar həmin görüntüləri yeni görüntülər kimi ictimaiyyətə təqdim edirlər. Bununla da ordunun həyat və fəaliyyəti üçün problemlər yaratmaqdan həzz alırlar".

Ekspert bildirib ki, bu kimi paylaşımların qarşısını almaq üçün tədbir görülməli, əks halda həmin şəxslər cərimələnməli və ya həbs olunmalıdır:

"Belə halların qarşısının alınması üçün heç olmasa inzibati cərimələr nəzərdə tutulmalıdır. Bəlkə, bu addım bəzi beyinləri yanlış addım atmaqdan çəkindirsin. Deməklə, müraciət və ya xahiş etməklə bu məsələnin qarşısı alına bilmir. Daha sərt addımlar atılmalıdır. İlk dəfə üçün inzibatı xəta, ikinci və ya sonrakı belə fəaliyyətlər üçün qısamüddətli həbslər də nəzərdə tutulmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı